BDU-nun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

08/04/2019

İsveçin Linköpinq Universitetinin koordinatorluq etdiyi “Partnyor Universitetlərdə mobil applikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı” - MAGnUS (Developing Master programmes in Mobile Applications and Game Design at partner universities) layihəsi çərçivəsində BDU-nun Tətbiqi riyaziyyat vəkibernetika fakültəsinin Optimallaşdırma və idarəetmə kafedrasının dosenti Aytəkin Əfəndiyeva və Beynəlxalq elm-təhsil proqramları, qrantlar və informasiya texnologiyaları şöbəsinin mütəxəssisi Əsgər Zeynalabdinov İsveçin Linköping şəhərində keçirilən təlimdə iştirak ediblər.

Ə.Zeynalabdinov Bakı Dövlət Universitetinin tarixi, təhsilin əsas istiqamətləri, MAGnUS layihəsində rolu haqqında təqdimatla çıxış edib. A.Əfəndiyeva isə magistr proqramı haqqında ümumi məlumat verib.

Qeyd edək ki, Bakı Dövlət Universiteti layihəyə 2018-ci ildən qoşulub.

Mətbuat və İnformasiya şöbəsi, 08 aprel 2019-cu il


Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026