BDU-nun əməkdaşları Finlyandiyada səfərdədirlər

30/08/2012

29 avqust 2012-ci il tarixində Finlyandiyanın Oulu şəhərində Avropa Birliyinin 7-ci Çərçivə Proqramı üzrə  NAPEP layihəsinin (EU FP7-INCO-2010-6 project “Elektronika və fotonika üçün nanotexnologiya platfornaları”)  iştirakçılarının növbəti seminarına start verilmişdir. Seminarda Bakı Dövlət Universitetinin əməkdaşları-layihə rəhbəri Mustafa Muradov, prof.İradə Əliyeva, prof.Sofya Fiqarova, prof.Rəna Qasımova, dos.Hüseyn Məmmədov və aparıcı elmi işçi Gonçə Eyvazova iştirak edirlər. Finlyadiyanın Oulu, Macarıstanın Szeged və ABŞ-ın Rice Universitetinin professor -müəllim heyəti və doktorantlarının iştirakı ilə keçirilən seminarda metal nanohissəciklərin, karbon nano-boruların elektrik xassələrinə, nanomaterialların dizayn və istifadəsinə və digər aktual problemlərə həsr olunmuş mühazirələr dinləniləcəkdir. Seminar 03 sentyabr tarixinə kimi davam edəcəkdir.

Mətbuat və İnformasiya şöbəsi, 30 avqust 2012-ci il


 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026