BDU-nun əməkdaşları Fəxri fərmanla təltif ediliblər

16/12/2014

Bakı Dövlət Universitetinin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, kimya elmləri doktoru, professor İsmayıl Əliyev Bakı Dövlət Universitetində 2014-cü tədris ilində mülki müdafiənin və tədrisinin təşkili sahəsində səmərəli fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə görə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev tərəfindən Fəxri fərmanla təltif edilib.

181 elmi əsərin, o cümlədən 2 dərsliyin, 2 dərs vəsaitinin, 1 metodik göstərişin, 2 tədris proqramının, 4 patentin, 2 müəlliflik şəhadətnaməsinin  həmmüəllifi olan və dövrü mətbuatda dövlətçiliyə xidmət edən 50-dən çox məqalənin müəllifi olan İsmayıl Əliyev, eyni zamanda, namizədlik və doktorluq dissertasiyalarının opponenti və rəyçisi, monoqrafiyaların və dərsliklərin elmi redaktoru olub.

Qeyd edək ki, Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının əməkdaşı Əhmədov Naiq də Bakı Dövlət Universitetində 2014-cü tədris ilində mülki müdafiə fənninin tədris olunması sahəsində səmərəli fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunub.

Mətbuat və informasiya şöbəsi, 16 dekabr 2014-cü il.

Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025