BDU-nun əməkdaşları şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər

04/04/2022

Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun Sumqayıt şəhərində yaşayan ailəsini ziyarət ediblər. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Geologiya fakültəsinin  dekan müavini İlqar Quliyev, BDU könüllülərinin rəhbəri Nərmin Heydərova, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Gülabə Məmmədzadə və tələbələr iştirak ediblər.

Ziyarətdə çıxış edənlər general-mayor Polad Həşimovun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını, onun qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Şəhid generalın anası Səmayə Həşimova oğlu ilə bağlı xatirələrini bölüşüb, Polad Həşimovun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, gələcək nəsillər üçün örnək olacağını vurğulayıb.

Sonra şəhid generalın yaşadığı ünvanda xatirəsinə yaradılmış guşəsi ziyarət olunub, büstü önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

BDU əməkdaşları daha sonra Sumqayıtın Şəhidlər Xiyabanında polkovnik-leytenant Raquf Orucovun məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026