BDU-nun əməkdaşları Türkiyədə konfransda çıxış ediblər

24/04/2019

Bakı Dövlət Universitetinin müəllimləri Türkiyənin Trabzon şəhərində keçirilən beynəlxalq konfransda iştirak ediblər.
“Kənd təsərrüfatı, qida, baytarlıq və əczaçılıq elmləri üzrə 3-cü Beynəlxalq Konfrans”da BDU-nu Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Natavan Baxşəliyeva və Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının baş laborantı, biologiya üzrə fəlsəfə doktoru Lalə Hüseynova təmsil ediblər.
Belə ki, Natavan Baxşəliyeva “Bir sıra dərman bitkilərinin genetik davamlılığının monitorinqi”, Lalə Hüseynova “Qida təhlükəsizliyi” mövzusunda çıxış edərək sertifikata layiq görülüblər.
Hər iki müəllifin məqalələri konfrans materiallarında ingilis dilində dərc olunub.
Mətbuat və informasiya şöbəsi, 24 aprel 2019-cu il.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026