BDU-nun müəllimi ABŞ-də akademik tədqiqat proqramında iştirak edir

01/07/2024

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərova Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ABŞ institutlarının öyrənilməsi” (“SUSI for scholars”) adlı akademik tədqiqat proqramında iştirak edir.

ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən maliyyələşən qısamüddətli təhsil proqramının birinci hissəsi Arizona ştatının Feniks şəhərindəki Arizona Dövlət Universitetində təşkil edilib.

Anzulə Cəfərova Arizona Dövlət Universitetinin Walter Cronkite Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbində təşkil edilən “Süni intellekt və jurnalistika”, “Medianın cəmiyyətdə rolu”, “Dezinformasiya ilə səmərəli mübarizə yolları”, “Media savadlılığı”, “İctimaiyyətlə əlaqəli jurnalistikanın inkişafı” mövzularında mühazirə və müzakirələrdə iştirak edib. O, ABŞ-nin əsas yayım şirkətlərində, ən son media texnologiyaları ilə təmin edilən mərkəz və laboratoriyalarında olub.BDU əməkdaşı proqram çərçivəsində bir çox dövlət rəsmiləri, o cümlədən Feniks şəhərinin meri Kate Gallego, peşəkar jurnalistlərlə görüşüb, Amerika mədəniyyəti və tarixi ilə daha yaxından tanış olub.

Qeyd edək ki, təqaüd proqramı Los-Anceles, Kaliforniya və Vaşinqtonda yerləşən media və təhsil mərkəzlərində davam edəcək.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026