BDU-nun müəllimi Bayburt Universitetində Türkiyə-Azərbaycan əməkdaşlığına dair müzakirələrdə iştirak edib

23/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi, Milli Məclisin üzvü Naqif Həmzəyev Türkiyənin Bayburt Universitetində Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı keçirilən panel müzakirələrdə məruzə edib.

İki panel iclas üzrə təşkil olunan tədbirdə çıxış edən BDU-nun müəllimi Naqif Həmzəyev məruzəsində əsrlərə dayanan Türkiyə-Azərbaycan münasibətlərinin hazırda zirvəsini yaşadığını, qardaşlıqdan doğan birgə əməkdaşlıq mühitinin bütün dünyaya nümunə, türk dövlətləri üçün isə inam nöqtəsi olduğunu qeyd edib: “Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir. Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə dünyaya örnək olan, qardaşlıq ruhunu əks etdirən, qədim tarixə, dərin köklərə malik ölkələrdir. Bu qardaşlıq münasibətləri iki ölkənin mədəni, tarixi və dil əlaqələrinə əsaslanır. Həmçinin Azərbaycan və Türkiyə geosiyasi baxımdan strateji tərəfdaşlar olaraq, regional və qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edirlər. Bu əlaqələr Türk dünyası çərçivəsində birliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində bir model kimi çıxış edir”.

Tədbir birgə əməkdaşlıq modeli çərçivəsində görülə biləcək işlərə dair müzakirələrlə öz işini davam etdirib.

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026