BDU-nun müəllimi Beynəlxalq gənclər konfransında iştirak edib

15/11/2019

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasının müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Əsgər Zeynalabdinov “İkinci dünya müharibəsi: sülh naminə həqiqət” adlı Beynəlxalq gənclər konfransında iştirak edib. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən konfransda dünyanın 20-dən çox ölkəsindən olan nümayəndələr, o cümlədən Rusiya Dövlət Dumasının deputatları iştirak edib.

Konfransda İkinci dünya müharibəsi tarixinin təhrif edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

BDU-nun müəllimi ƏsgərZ eynalabdinov “İkinci dünya müharibəsində SSRİ-nin qələbəsində Bakı neftinin rolu” adlı məruzə ilə çıxış edib.

Beynəlxalq gənclər konfransı “Tarixin saxtalaşdırılmasının qarşısını almaq məqsədilə mübarizə aparmaq haqqında” qətnamənin qəbul edilməsi ilə başa çatıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026