BDU-nun müəllimi beynəlxalq konfransda iştirak edib

23/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakultəsinin İran filologiyası kafedrasının urdu dili müəllimi Eldost İbrahimov beynəlxalq onlayn konfransda iştirak edib. Konfrans Hindistan, Pakistan, Türkiyə, Banqladeş, Səudiyyə Ərəbistanı, Misir, Danimarka və İsveçdən olan alim və tədqiqatçılarınn iştirakı ilə baş tutub.

“Pandemiya dövründə urdu dili və ədəbiyyatının aktual problemləri" mövzusunda keçirilən virtual konfrans Dünya Urdu Asossasiyası və Hindistanın Cəvahirləl Nehru Universitetinin Urdu dili fakültəsinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransın münsiflər heyətinin üzvü kimi iştirak edən Eldost İbrahimov məruzələrin seçilməsi, dinlənilməsi və qiymətləndirilməsində iştirak edib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026