BDU-nun müəllimi beynəlxlaq konfransda akademik yazı qaydalarından danışıb

25/01/2021

İsveçin Stokholm şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Elm və təhsil: dünən, bu gün və sabah” ("Science and Education: yesterday, today, tomorrow") adlı X Beynəlxalq elmi-praktik konfransı keçirilib .

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dissertantı və müəllimi Ağamalıyeva Günay "Enhancing the Practical Relevance of Graduation Works in Higher Education Institutions in Azerbaijan" ("Azərbaycanın ali təhsil müəssisələrində tələbələrin buraxılış işlərinin praktiki əhəmiyyətinin artırılması") mövzusunda təqdimatla ilə çıxış edib. Məruzədə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbələrin buraxılış işlərinin keyfiyyətinin və praktiki əhəmiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda tədqiqat metodları, statistik analiz, indeks-şkala, akademik yazı qaydaları, tədqiqatın məzmun keyfiyyəti, elmi işin praktiki faydaları ilə bağlı geniş məlumat verilib.

Əlavə edək ki, onlayn konfrans Beynəlxalq Kadrlar Akademiyasının (UNESCO), Gothenburg Universiteti (İsveç), Qafqaz Universiteti (Türkiyə), Umea Universiteti (İsveç) ​və Azərbaycan Respublikasının Türkiyə Respublikasının Qars şəhərində baş konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Xəbərlər

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar
17/04/2026

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb
16/04/2026

BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tədris təcrübəsində

BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda tədris təcrübəsində
16/04/2026