BDU-nun müəllimi Harvard Tibb Məktəbinin sertifikatına layiq görülüb

05/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müəllimi Hüseynova Nigar Faiq qızı beynəlxalq nüfuza malik Harvard Tibb Məktəbinin (Harvard Medical School) “Biokimya” ixtisası üzrə təşkil olunmuş kursunu distant formada uğurla başa vuraraq fərqlənmə sertifikatına layiq görülüb.

Harvard Tibb Məktəbinin distant şəkildə təşkil olunmuş kursları sırasında immunologiya, fiziologiya, genetika, əczaçılıq kimi baza kurslar və müasir immuno-onkologiya, xərçəng genomikası, xroniki iltihabın autoimmunluğun və allergiyanın müasir terapiyası,  genetik testlər və sekvensiya texnologiyaları pro-kursları önəmli yer tutur. Kurslar fənn bloklarına müasir innovativ yanaşma tərzi ilə seçilir. Bu kurslarda biliklərini təkmilləşdirən müəllimlərin əldə etdikləri təcrübə və bilik Universitetin Biofizika və biokimya kafedrasında keçirilən fənlərin tədris metodikasına öz müsbət töhfəsini verəcəkdir.  Bu günə kimi Harvard Tibb Məktəbinin məzunları arasında bir çox dünyaca məhşur alimlər, o cümlədən 9 Nobel mükafatçısı da yer alır.

Xəbərlər

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
25/11/2026

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
25/11/2026

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib

BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib
25/11/2026