BDU-nun müəllimi Möhübbət Nəcəfli vəfat edib

31/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi Möhübbət Nəcəfli vəfat edib.

Möhübbət Nəcəfli 1962-ci ildə anadan olub. 1984-1989-cu illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, 2007-ci ildə biologiya elmləri namizədi elmi dərəcəsi alıb.

O, 1989-1993-cü illərdə AMEA-nın “Biotex” Elmi-Tədqiqat Birliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda kiçik elmi işçi, 1993-2016-cı illərdə Biologiya fakültəsinin Biotexnologiya elmi-tədqiqat laboratoriyasında elmi işci, 2007-ci ildən BDU-nun nəzdində “Gənc istedadlar” liseyində, 2016-2020-cı illərdə Bitki fiziologiyası kafedrasında müəllim işləyib. 2020-ci ildən isə BDU-nun Genetika kafedrasının müəllimi kimi fəaliyyət göstərib.

Möhübbət Nəcəflinin tədqiqat sahəsi biofizika, radiobiologiya olub.

O, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə, 2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanı ilə təltif olunub.

BDU rəhbərliyi və kollektivi Möhübbət Nəcəflinin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026