BDU-nun müəllimi onlayn tədbirdə iştirak edib

03/05/2021

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Nizami Gəncəvi yaradıcılığında vətənpərvərlik motivləri" mövzusunda videokonfrans təşkil edilib. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli konfransda məruzə ilə çıxış edib. Məruzədə Nizami Gəncəvinin “Xəmsə”sində vətənpərvərlik və el-obaya bağlılıq ifadə edən məqamlardan bəhs olunub, dahi şairin əsərlərdən orijinal nümunələr təhlil edilib, onun milli kimliyinə olan hörməti, poemalar boyu onu müxtəlif məqamlarda  qapalı şəkildə ifadə etməsi beytlər əsasında iştirakçıların diqqətinə çatdırılıb. Şairin poemalarda istifadə etdiyi personajların hərəkəti əsasında Nizami Gəncəvinin adı çəkilən xalqlara olan münasibəti, əsərlərində türk kimliyi ilə iftixar məsələləri nəzərə çatdırılıb.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026