BDU-nun müəllimi Polşada səfərdə olub

19/12/2018

Polşa Respublikasının Daxili İşlər və Administrasiya Nazirliyi Avropa ittifaqının maliyyə dəstəyilə həyata keçirilən MOBİLAZE layihəsi çərçivəsində  “Diaspora, etnik azlıqlar və miqrasiya məsələləri” mövzusunda Polşa Respublikasına təlim səfəri təşkil edib. Nümayəndə heyətində Azərbaycanı Prezident Administrasiyası, Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin əməkdaşlarından ibarət beş gənc mütəxəssis və Boloniya Universitetində təhsil alan bir azərbaycanlı tələbə olub.

Bakı Dövlət Universitetini Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının  müəllimi Aytən Qurbanova təmsil edib.

O, Polşa təcrübəsinin öyrənilməsi məqsədilə müvafiq dövlət qurumlarının rəsmi nümayəndələri ilə görüşlərə qatılıb, etnik azlıqların daha çox məskunlaşdığı bölgələrə qısa müddətli təlim səfərlərində iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2018-ci il.

Xəbərlər

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”
03/09/2026

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
03/09/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026