BDU-nun müəllimi Qazaxıstan Milli Universitetində mühazirə oxuyub

28/03/2016

Bakı Dövlət Universiteti ilə Əl Fərabi adına Qazaxıstan Milli Universiteti (QMİ) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində BDU-nun filologiya fakültəsinin türk xalqlarının ədəbiyyatı kafedrasının müəllimi və universitetin Abay Kunanbayev adına Mərkəzinin direktoru, filologiya elmləri namizədi Fatimə Dursunova QMİ-nin filologiya fakültəsində mühazirə oxuyub.

Qazaxıstan-Azərbaycan ədəbi əlaqələri, Azərbaycanda qazax ədəbiyyatının elmi tədqiqi, Abayın Azərbaycan dilinə  tərcümə problemi, eləcə də Nizaminin qazax şairi Abay Kunanbayevin yaradıcılığına təsiri  haqqında mühazirələr QMİ-nin müəllimləri, magistrantları və tələbələri tərəfindən maraqla qarşılanıb.

Səfər zamanı əldə edilən razılaşmaya əsasən,  professor Alua Temirbolatın  rəhbərlik etdiyi QMİ-ni qazax ədəbiyyatı və ədəbi nəzəriyyəsi kafedrasının və BDU-nun filologiya fakültəsinin türk xalqları ədəbiyyatı kafedrasının müəllimləri birgə nəşrlər  üzərində işləyəcəklər.

Mətbuat və informasiya şöbəsi, 28 mart 2016-cü il.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026