BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

29/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müəllimi Kəmalə Əsədova “Erasmus+ Teaching Mobility” layihəsi çərçivəsində Rumıniyanın ən qədim universiteti olan Alexandru İoan Cuza İasi Universitetində səfərdə olub.

Səfər müddətində Kəmalə Əsədova Alexandru İoan Cuza Universitetinin “Erasmus” üzrə koordinatoru, Molekulyar biologiya və genetika laboratoriyasının müdiri, professor Lucian Gorgan, Biologiya fakültəsinin dekan müavini, professor Çiprian Manzu, fakültənin professor-müəllim heyəti ilə görüşüb. O, fakültənin əməkdaş və tələbələri qarşısında "Azərbaycanın florası və bitkiliyi" mövzusunda mühazirə ilə çıxış edib, bir neçə seminar və laboratoriya dərsi keçib.

Səfər zamanı BDU-nun əməkdaşı Alexandru İoan Cuza Universitetinin nəzdində fəaliyyət göstərən, təməli 1856-cı ildə qoyulan Botanika bağı, Biologiya fakültəsinin geniş herbari fondu, laboratoriya otaqları, Azərbaycan Multikulturalizm Mərkəzi ilə tanış olub. Mərkəzin sədri, Azərbaycan multikulturalizmi fənnini tədris edən, ölkəmizin mədəniyyətini, tarixini, dilini sevən mütəxəssis, professor Lyudmila Bejenaru qurumun fəaliyyəti ilə bağlı məlumat verib.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026