BDU-nun müəllimi Rusiyada keçirilən beynəlxalq layihədə iştirak edib

09/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Eldar Cəfərov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “Gənclər Parlamentarizmi - MDB ölkələrinin əməkdaşlığı və davamlı siyasi inkişafı kimi” adlı beynəlxalq gənclər parlamenti məktəbində iştirak edib.

“Avrasiya-Povoljye informasiya-analitik mərkəzi”, Sankt-Peterburq Dövlət Universiteti və Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ) təşkilatçılığı ilə baş tutan layihədə gənc müəllim və tələbələr MDB-nin Parlament Assambleyası və digər orqanlarında da yaxından iştirak edib, demokratik təsisatlar, yeni seçki elektoratı haqqında fikir mübadiləsi aparıb.

Beş gün davam edən gənclər parlamenti layihəsində MDB-nin iştirakçısı olan dövlətlərin Parlament Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri, Baş katib Dmitri Kobitski və Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professorları ustad dərsi keçib, gənclərin öz ölkələrinin siyasi-idarəetmə həyatında aktiv rolu müzakirə olunub.

Sonda iştirakçılar forsayt-proyekt hazırlayaraq çıxışlar edib və qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Layihənin əsas məqsədi MDB üzv dövlətlərinin müxtəlif ali təhsil müəssisələrinin müəllim və tələblərini cəlb etməklə Təşkilatın aktual məsələləri haqqında gələcəkdə birgə işlər görməkdir.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026