BDU-nun müəllimi Türkiyədə Xocalı qətliamından danışıb

05/03/2019

Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı, dosent Knyaz Aslan Türkiyədə ezamiyyətdə olub.

K.Aslan Ankara şəhərində fəaliyyət göstərən Bengütürk TV-nin dəvəti ilə reallaşan səfər çərçivəsində məktəblərdə keçirilən tədbirlərdə məruzələrlə çıxış edib.
O, orta məktəblərin V-XII siniflərində təhsil alan şagirdlərlə görüşlərdə Ermənistanın apardığı işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə ətraflı məlumat verib.
Bengütürk TV-nin Xocalı soyqırımı ilə bağlı hazırladığı “Keçmişdən gələcəyə” (“Mazidən atiyə”) proqramında iştirak edən K.Aslan Xocalı qətliamının dünyada tanıdılması istiqamətində görülən işlərdən, Xocalıda erməni vəhşiliyini soyqırımı kimi tanıyan ölkələrin dəstəyindən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan mübarizədən bəhs edib.

 

Mətbuat və informasiya şöbəsi, 5 mart 2019-cu il.


Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026