BDU-nun müəllimləri Baş Prokurorluğun Elmi-Tədris Mərkəzində mühazirə deyiblər

29/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimləri Azər Mustafayev və Yamən Vəliyeva Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarına 2024-cü ildə ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərə mühazirə deyiblər.

“Cinayətkarların motivasiyası” mövzusunda məruzə ilə çıxış edən Azər Mustafayev cinayətkarların davranışında onların yaş xüsusiyyətləri, psixi inkişafının səviyyələri, gender sosializasiyası məsələləri və patoloji amilləri elmi cəhətdən təhlil edib. Nəzəri müddəalar praktik nümunələrlə verifikasiya olunub.

“İbtidai istintaqın psixoloji əsasları” mövzusunda məruzə ilə çıxış edən Yamən Vəliyeva isə cinayət işinin başlanmasından dərhal sonra iş üzrə həqiqətin müəyyən edilməsi üçün müstəntiqin peşə fəaliyyətinin psixoloji tərəflərindən söz açıb. Qeyd edilib ki,  müstəntiq dərin professional təfəkkürə, zəngin təcrübə və yaxşı psixoloji səriştəyə malik olmalı, dindirilən şəxsin psixologiyasına təsir etməyi bacarmalıdır.

Mühazirələrdən sonra təlim iştirakçılarının fikirləri dinlənilib və sualları cavablandırılıb.

Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25/08/2026