BDU-nun müəllimləri Baş Prokurorluğun təlim proqramı çərçivəsində mühazirə deyiblər

26/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimləri Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində keçirilən icbari təlim proqramı çərçivəsində mühazirə deyiblər.

Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Yamən Vəliyeva “Dindirmənin psixoloji tərəfləri” mövzusunda mühazirə keçib. Mühazirədə dindirmə prosesində psixoloji amillərin rolu, ünsiyyət və davranış mexanizmləri, emosional tənzimləmə və psixoloji təsir vasitələrinin elmi əsasları ətrafında təhlillər aparılıb. Dindirmə prosesində subyektiv və obyektiv faktorların qarşılıqlı təsiri, eləcə də psixoloji yanaşmaların hüquqi praktikada tətbiq imkanları akademik baxımdan şərh edilib.

Keçirilən növbəti təlimdə isə Psixologiya kafedrasının müəllimi, eklektik psixoterapiyanın supervayzeri David Poladov "Təzyiq altında qərarvermə" mövzusunda danışıb. Təlimdə qərarvermə proseslərinin psixoloji strukturu, stres və təzyiq şəraitində idrak mexanizmlərinin dəyişməsi, koqnitiv qərəzlərin formalaşması və bu proseslərin süni intellekt əsaslı qərarvermə sistemləri ilə əlaqəsi elmi müstəvidə təhlil olunub. Mühazirə çərçivəsində insan psixologiyası ilə müasir texnoloji yanaşmaların qarşılıqlı əlaqəsi, eləcə də analitik sistemlərin qərarvermə proseslərində rolu nəzəri və tətbiqi aspektlərdən izah edilib.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026