BDU-nun müəllimləri onlayn seminarda iştirak ediblər

18/12/2020

Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbələri Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin nəzdində fəaliyyət göstərən Rus Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Dünya İnformasiya Gününə həsr olunmuş onlayn seminarda iştirak edib.

Onlayn seminarda moderator, BDU-nun nəzdində fəaliyyət göstərən Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova Dünya İnformasiya Gününün tarixi barədə geniş məlumat verib. O, qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşmasının hazırda mühüm məsələlərdən biri olduğuna diqqət çəkib.

Daha sonra "Rusiya (Sovet) universitetlərinin məzunları" Azərbaycan Assosiasiyasının sədri Üzeyir Əliyev təhsil, elm, ədəbiyyat, incəsənət sahələrində informasiyanın vacibliyindən bəhs edib. Jurnalistika fakültəsinin müəllimi, elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Ağayeva informasiyanın əldə edilməsini, dəqiqiliyini və etibarlılığının aspektlərini təhlil edib.

Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin nəzdində fəaliyyət göstərən “Rus dili və mədəniyyəti” mərkəzinin rəhbəri Janna Umatova informasiya texnologiyalarının inkişafının effektiv qarşılıqlı informasiya əlaqələrinin, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya məkanını yaratdığını vurğulayıb.

Seminarda BDU-nun Filologiya fakültəsinin 1-ci kurs tələbələri də iştirak ediblər.

Qeyd edək ki, əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınıb.

 

Xəbərlər

BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir

BDU-nun rektoru UNCOPUOS-un Elm və Texnika üzrə Alt Komitəsinin 63-cü sessiyasında iştirak edir
03/02/2026

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
03/02/2026

BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş
03/02/2026