BDU-nun müəllim-tələbə heyəti Türkiyədə beynəlxalq konfransda iştirak edib

13/11/2018

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti Türkiyənin Antalya şəhərində  keçirilən“Ətraf mühit kimyası” adlı beynəlxalq konfransda iştirak edib. 43 dövlətdən nümayəndə heyətinin təmsil olunduğu konfransda Ekoloji kimya kafedrasının dosenti Elmina  Qədirova, baş müəllimi Hicran Rəfiyeva, doktorantı  Emina Yolçuyeva, magistrantı Nuranə Şərifova, Torpaqşünaslıq kafedrasının müəllimi Lalə Hüseynova və Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının baş müəllimi Natavan Baxşəliyeva ətraf mühitin qorunması mövzusunda məruzələr ediblər.

Sonda Bakı Dövlət Universitetinin təmsilçilərinə sertifikatlar verilib.

Mətbuat və informasiya şöbəsi,  13 noyabr  2018-ci il.


Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026