BDU-nun mətbuat xidmətinin rəhbəri birinci oldu

07/01/2013

Modern.az saytına danışan jurnalistlər 2012-ci ildə hansı universitetin mətbuat xidmətinin daha fəal olduğunu qiymətləndiriblər.

“Lent.az” saytının əməkdaşı Jalə Məmmədli: “Birinci yerdə Ali Neft Məktəbinin mətbuat xidmətinin rəhbəri Kəmalə Paşayeva, ikinci yerdə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova, daha sonra Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanı görürəm”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə deyib ki, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova daha fəaldır.

“Gündəlik teleqraf” redaktoru Taleh Şahsuvarlı
deyib ki, birinci yerdə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova, ikinci yerdə Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova, üçüncü yerdə Azərbaycan Dövlət Pedaqoji Universitetin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov dayanır.

“Press24.az” saytının əməkdaşı Zülfiyyə Quliyeva sorğumuza cavab olaraq deyib ki, il ərzində daha aktiv işləyən Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova olub: “Pərvanə İbrahimova aktivdir, bircə ondan məlumat alıram, yəni press-relizi o, göndərir”.

“Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov: “Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti. Hər üç xanım, yəni, Pərvanə İbrahimova, Mehriban Sultan və Zeynəb Kazımova öz işini layiqincə bilən, mətbuata hər zaman açıq olan insanlardır. Mətbuatla ali təhsil ocaqları arasında yaranan sağlam körpüdə onların əməyini qiymətləndirməmək böyük günahdır. Hər üç xanımı iş günün, iş saatının istənilən vaxtı zəng vurub narahat etmək də olur, istədiyin məlumatı onlardan öyrənmək də. Bu səbəbdən onları əksəriyyət mətbuat xidməti rəhbərlərinə nümunə göstərmək olar”.

ANS telekanalının əməkdaşı Qənirə Ataşovaya görə isə 2012-ci il ərzində ən fəal universitet mətbuat xidmətinin rəhbəri Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev olub.

“Azxeber.com” saytının əməkdaşı Əfsələddin Ağalarov: “Birinci yerdə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova, sonra Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova və ardınca Azərbaycan Texniki Universitetin mətbuat xidməti dayanır”.

Modern.az,
Nihadə Eyyubova.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025