BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar

02/08/2019

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Türkiyə Respublikasının nüfuzlu dövlət universitetlərinin magistratura və doktorantura səviyyələrinə qəbul olunan Jurnalistika fakültəsinin məzunlarını qəbul edib.

Türkiyənin Dövlət Təqaüd Proqramı olan “Türkiyə Bursları” xətti ilə qəbul olunan məzunlarla keçirilən görüşdə rektor elmi yenilikləri dərindən öyrənməyi, əldə etdikləri bilik və bacarıqları artırmağı, müasir düşüncəli gənclər kimi formalaşmağı tövsiyə edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə, eyni zamanda, jurnalistika sahəsində ixtisaslaşmalar, tələbələrin ölkənin nüfuzlu media qurumlarında təcrübə keçmələri, tələbə yaradıcılığına geniş yer verilməsi istiqamətində fikir mübadiləsi aparılıb, məzunların təklifləri dinlənilib.

Qeyd edək ki, Jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika” ixtisaslaşması üzrə magistr məzunu Nurlan Salamov doktorantura pilləsində Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutunun fəlsəfə doktoru proqramına, magistratura pilləsində isə fakültənin bakalavr məzunlarından Ayşən Hüseynova Kocaeli Universitetinə, Həşim Səhrablı İzmir Ege Universitetinin Sosial Elmlər İnstitutuna, Comərd Rüstəmli isə Əskişəhər Anadolu Universitetinə qəbul olunublar.

Bakı Dövlət Universiteti olaraq məzunlarımıza elm sahəsində ölkəmizi layiqincə təmsil etmələrini arzulayır, onlara uğurlar diləyirik.

Mətbuat və informasiya şöbəsi, 02 avqust 2019.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026