BDU-nun məzunu olan hərbçi şəhid olub

19/04/2021

Vətən müharibəsində yaralanan  Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin 2020-ci il məzunu Əbilov Nurlan Fərrux oğlu 190 gün komada qaldıqdan sonra bu gün səhər saatlarında vəfat edib. Əbilov Nurlan Vətən müharibəsi başlayan zaman ordu sıralarına könüllü olaraq qoşulub. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə baş nahiyyəsindən yaralanıb.
Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Nurlan Əbilov həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün örnək olacaq.
Məlumat üçün bildirək ki, şəhidimiz ailəli olub. İki azyaşlı oğul övladı var.
Allah rəhmət eləsin!

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026