BDU-nun Nano Araşdırmalar laboratoriyasında yerinə yetirilmiş layihə Türkiyədə qalib olub

06/06/2017

Türkiyənin İstanbul şəhərində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında  yerinə yetirilmiş Bakı Avropa Liseynin  X R1 sinif şagirdi Fidan İbrahimovanın elmi tədqiqat layihəsi  I yerə layiq görülüb. BDU-nun fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi  “Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda hazırlanan layihə təbiət elmləri bölməsinin Biologiya sahəsində təqdim edilən 79 namizəd içərisindən qalib hesab edilərək mükafatlandırılıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetində  istedadlı  şagirdlərin respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində layihələr həyata keçirilir. Belə ki, 2008-ci ildən etibarən BDU-nun Nano Araşdırmalar laboratoriyasında  istedadlı şagirdlərlə mütəmadi olaraq elmi tədqiqat layihələri hazırlanaraq beynəlxalq olimpiadalarda uğurlu nəticələr əldə edilir.

Mətbuat və informasiya şöbəsi, 06 iyun 2017-ci il.


Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün geomaqnit hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün geomaqnit hava proqnozunu açıqlayıb
06/11/2026