BDU-nun Nanoaraşdırmalar Mərkəzində onlayn seminar keçirilib

15/05/2020

15 may tarixində Bakı Dövlət Universitinin (BDU) Nanoaraşdırmalar Mərkəzinin hesabat tipli onlayn seminarı keçirilib. Seminarda 2020-ci ilin yanvar-may aylarında Nanoaraşdırmalar Mərkəzinin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr əsasında dərc edilən və nəşrə hazırlanan məqalə və tezislər, təqdim olmuş layihələr haqqında ətraflı məlumat verən Mərkəzin direktoru Mustafa Muradov xüsusi karantin rejimi müddətində də davam etdirilən araşdırmalardan və qarşıda duran planlardan söz açıb.

Aparılan elmi-tədqiqat işlərini daha da genişləndirmək, səmərəliliyini artırmaq məqsədilə respublikadaxili və beynəlxalq layihələrin əhəmiyyətindən bəhs edən BDU-nun rektoru Elçin Babayev mövzu seçimində sənayenin müasir problem və tələblərinin nəzərə alınmasına diqqət çəkib. Həmçinin rektor əlavə edib ki, pandemiya (COVİD-19) dövründə bu tip virusların araşdırılmasına yönələn tədqiqat işlərinin sayı artmaqda davam edir və bu mövzuda müxtəlif fondlar tərəfindən irəli sürülən yeni çağırışların vacibliyini nəzərə almaq lazımdır.

Seminarda Mərkəzin müdir müavini, dosent Zöhrab Ağamalıyev 2020-ci ildə görülən təşkilati işlər və perspektivlərdən, veb platformanın yaradılmasından, nəzərdə tutulan yeni elmi araşdırma istiqamətlərindən danışıb. Qeyd olunub ki, tətbiqi xarakterli elmi-tədqiqat işlərinin yerinə yetirilməsi zamanı həm beynəlxalq, həm də yerli təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.

Müxtəlif təkliflərin müzakirə olunduğu onlayn seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.


Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb
11/06/2026

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/06/2026

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
11/06/2026