BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində 6 ixtisaslaşma üzrə kadr hazırlanır

28/06/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin magistratura səviyyəsində 6 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.
Biblioqrafiyaşünaslıq ixtisaslaşmasını bitirən məzunlar informasiya istifadəçilərinin sorğu və tələbatlarına uyğun ilkin sənədlər əsasında informasiya logistikası və konsaltinqini, bütövlükdə informasiya menecmentini həyata keçirmək bacarıqlarına yiyələnirlər.
Biblioqrafik ehtiyatların yaradılması və istifadəsi ixtisaslaşmasını bitirən məzunlar biblioqrafik resursun yaradılması və ondan istifadəni təşkil etmək bacarıqlarını əldə edirlər.
Kitabxanaşünaslıq ixtisaslaşmasını bitirən məzunlar kitabxana işinin tarixini, inkişaf qanunauyğunluqlarını və tendensiyalarını, perspektivlərini və hədəflərini elmi cəhətdən müəyyən etmək, tədqiqat metodlarını mənimsəmək və praktik fəaliyyətə tətbiq etmək bacarıqları qazanırlar.
Kitabxana-informasiya texnologiyası ixtisaslaşmasını bitirən məzunlar kitabxana-informasiya strukturlarında texnoloji prosesləri təşkil etmək, elektron xidmətləri həyata keçirmək, kitabxana sahəsinə innovativ istiqamətləri tətbiq etmək bacarıqlarına yiyələnirlər.
Sənəd resursları və informasiya axtarış sistemləri ixtisaslaşmasını bitirən məzunlar sənəd resurslarını formalaşdırmaq və idarə etmək, mövcud resurslarda informasiya axtarışını səmərəli üsulla təşkil etmək bacarıqları qazanırlar.
Nəşriyyat işi və redaktəetmə ixtisaslaşmasını bitirən məzunlar isə redaksiya-nəşriyyat proseslərini idarə etmək, mətn üzərində redaktə aparmaq, nəşrin redaktor hazırlığını həyata keçirmək bacarıqlarını əldə edirlər.
Sadalanan hər bir ixtisaslaşma üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla mövcud kitabxana infrastrukturunda, arxiv, muzey, nəşriyyat, mətbəə, qəzet və jurnallarda, elektron media qurumlarında, dövlət və özəl təşkilatların mətbuat xidmətlərində və digər sahələrdə çalışa bilərlər.
Eyni zamanda məzunlar müvafiq sahələr üzrə doktoranturada təhsillərini davam etdirmək imkanına malikdirlər.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026