BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində qazi məzunla görüş

28/09/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində fakültənin məzunu, Vətən müharibəsi qazisi, baş leytenant Qədir Daşdəmirovla görüş keçirilib. Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Tədbirin moderatoru – BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan görüş iştirakçılarına baş leytenant Qədir Daşdəmirov haqqında ətraflı məlumat verib. Bildirib ki, Qədir Daşdəmirov tələbəlik illərində özünün yüksək intellekti, bilik və bacarıqları ilə müəllimlərinin, fakültə kollektivinin böyük rəğbətini qazanıb, milli ruhu, vətənpərvərliyi ilə xüsusilə fərqlənib: “27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başladığı ilk anlardan baş leytenant Qədir Daşdəmirov döyüşə atılıb. 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib, torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıq göstərib. Ön xətdə ağır yaralanan Qədir Daşdəmirov YAŞAT Fondunun dəstəyi ilə qardaş Türkiyədə müalicə olunub. Məzunumuzun qəhrəmanlıqları dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə baş leytenant Qədir Daşdəmirov Vətən müharibəsində göstərdiyi şücaətə görə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, "Cəsur döyüşçü" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub”.

Qazi Qədir Daşdəmirov çıxış edərək 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb. Müzəffər Azərbaycan ordusunun qalib zabiti olması ilə qürur duyduğunu bildirib, bundan sonra da hər an bir zabit kimi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərini yerinə yetirməyə hazır olduğunu ifadə edib. Qarabağda aparılan son antiterror əməliyyatlarından bəhs edən Qədir Daşdəmirov dövlətimizin suverenliyinin tam bərpa olunmasının xalqımızda yüksək əhval-ruhiyyə, gələcəyə daha böyük inam yaratdığını bildirib.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026