BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

16/08/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində  4 kafedra və 2 tədris laboratoriyası fəaliyyət göstərir.

Fakültədə Kitabxanaşünaslıq, Sənəd menecmenti, Kitabxana-informasiya  resurslarının idarə edilməsi, Redaksiya-nəşriyyat işi kafedraları fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə tələbə qəbulu aparılır.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla ölkədə mövcud olan kitabxana, nəşriyyat, mətbəə, qəzet və jurnallar, elektron media qurumları, dövlət və özəl təşkilatların mətbuat xidmətləri və digər sahələrdə çalışa bilərlər.

Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə fakültədə ilk dəfə olaraq 2023/2024-cü tədris ilindən başlayaraq tələbə qəbulu həyata keçiriləcək. Bu ixtisas üzrə Universiteti bitirən məzunlar ölkədə mövcud olan arxiv və muzey, tarixi abidələrin mühafizəsini həyata keçirən qurumlarda çalışa bilərlər.

Bakalavriat səviyyəsində mövcud ixtisaslara yiyələnən məzunlar təhsillərini magistratura və doktorantura səviyyələrində davam etdirməklə akademik karyera qurmaq imkanlarına malikdirlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026