BDU-nun nümayəndə heyəti BMT-nin COPUOS Elm və Texnika Altkomitəsinin sessiyasında iştirak edib

06/02/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kosmik Fəzanın Sülh Məqsədləri üçün İstifadəsi üzrə Komitəsi”nin (KFSMİK) Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space – COPUOS) 62-ci sessiyasında iştirak edib.

Vyana şəhərində keçirilən sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, rektor Elçin Babayev bir neçə ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edərək, BDU-nun elmi tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığını genişləndirmək istiqamətində müzakirələr aparıb. Görüşlər zamanı Universitetin müxtəlif elm sahələrində həyata keçirdiyi layihələr, potensial əməkdaşlıq imkanları və birgə tədqiqat proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.

BMT-nin adıçəkilən Elm və Texnika Altkomitəsinin sessiyası qlobal kosmik siyasətin formalaşdırılması, yeni elmi və texnoloji nailiyyətlərin paylaşılması və ölkələr arasında əməkdaşlığın inkişafı baxımından mühüm platforma hesab edilir.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib
15/01/2026