BDU-nun nümayəndə heyəti Pekində keçirilən “I Çin Dili Konfransı” tədbirində iştirak edib

09/12/2023

2023-cü ilin 7-9 dekabr tarixlərində Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekin şəhərində ÇXR-in Təhsil Nazirliyinin əsas təşkilatçılığı, Nazirliyin Dil Tədrisi və Əməkdaşlıq Mərkəzinin, Çin Beynəlxalq Təhsil Fondunun və Çin dilinin tədrisi üzrə Beynəlxalq Cəmiyyətin birgə əməkdaşlığı ilə “I Çin Dili Konfransı” keçirilib. Tədbirin əsas məqsədləri ÇXR-də və dünyanın digər ölkələrində Çin dilinin tədrisinin yüksək keyfiyyətli və innovativ inkişafını təmin etməkdən, Çin və dünya ölkələri arasında dilçilik istiqaməti üzrə mübadiləni və əməkdaşlığı genişləndirməkdən, qarşılıqlı anlaşma və dostluq münasibətlərini inkişaf etdirməkdən ibarətdir. 4 mindən çox iştirakçının, o cümlədən ÇXR-in nüfuzlu ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, beynəlxalq dil və mədəniyyət qurumlarının, Çin dilinin tədrisi ilə məşğul olan xarici universitetlərin rəhbərlərinin və nümayəndələrinin, xaricdə fəaliyyət göstərən Konfutsi institutlarının direktorlarının, xarici diplomatik nümayəndələrin və biznes ictimaiyyətinin qatıldığı konfransda və paralel forumlarda BDU-nun rektoru Elçin Babayev və nümayəndə heyəti də iştirak edib.

Foruma qatılan ÇXR-in Tsinghua, Zhejiang, Fudan, Shanghai Jiao Tong, Çin Elm və Texnologiya, Nanjing və digər çoxsaylı universitetləri ilə BDU arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, birgə elmi tədbirlərin təşkilini, ikili diplom proqramlarının reallaşdırılmasını, elm və təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasını, ortaq elmi tədqiqatlar əsasında qrant və layihələrdə iştirakı və qarşılıqlı maraq doğura bilən digər istiqamətləri əhatə edən əməkdaşlıq imkanları müzakirə olunub.

Rektor Elçin Babayev tədbir çərçivəsində ÇXR-in Təhsil Nazirliyinin dəvəti ilə təşkil olunan rəsmi açılış və bağlanış mərasimlərində, həmçinin tədbir iştirakçılarının şərəfinə verilən ziyafətdə iştirak edib. Ziyafətdə ÇXR-in hökümət rəsmiləri, ali təhsil müəssisələrinin və müxtəlif təşkilatların rəhbərləri, bir sıra ölkələrin tanınmış təhsil və elm xadimləri, digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024