BDU-nun nəzdində Fizika Problemləri ETİ-də anım tədbiri

31/03/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn tədbir keçirilib.
Əvvəlcə soyqırım qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Fizika Problemləri ETİ-nin direktoru Sədiyar Rəhimov erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin soyqırımı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığı və miqyasına görə azərbaycanlılara və bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətlərdən biridir. Tarixi şərait nəticəsində əllərinə düşən fürsətdən istifadə edən ermənilər minlərlə insanı xüsusi qəddarlıqla qətlə yetiriblər.
ETİ-nin Həmkarlar İttifaqı Təşkilatının sədri Mübariz  Məmmədov Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı mövzusunda geniş məruzə edib. Natiq vurğulayıb ki, erməni daşnakları sadəcə Bakı şəhərində deyil, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qırğın və vandalizm aktları törədiblər.
Qeyd edilib ki, 31 Mart soyqırımına hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra verilib. Ümummilli lider “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərman imzalayıb, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan olunub.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026