BDU-nun nəzdində Fizika Problemləri ETİ-də elmi seminar keçirilib

15/10/2021

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. Seminarda Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi Yusif Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Şredinger operatoru üçün ənənəvi olmayan bir tərs məsələyə baxılıb, tərs məsələlərin xüsusiyyətləri izah edilib. Daha sonra s-funksiyalar anlayışı daxil edilməsindən və onların verilmiş çoxluğuna nəzərən məsələnin verilmə oblastını təyin etmək üçün təklif olunan sxemdən bəhs olunub.

Sonra Yusif Qasımov mövzu ətrafında sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026