BDU-nun nəzdində Fizika problemləri ETİ-də Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

24/06/2021

Bakı Dövlət Univeritetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
İnstitutun direktoru Sədiyar Rəhimov və İnstitutun direktor müavini Namiq Dərvişov tədbirdə çıxış edərək Ümumilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik irsini şərəflə davam etdirən ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin ordu quruculuğunda göstərdiyi böyük diqqətin nəticəsi olaraq, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən bəhs edib. 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan ordusu tərəfindən torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa edilməsi münasibəti ilə bağlı nitq söylənib. Bu ilki Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirin çox yüksək əhval-ruhiyyə ilə qeyd edilməsini bildiriblər.
Daha sonra İnstitutun aparıcı elmi işçiləri Gülşən Ağayeva, İzzət Əfəndiyeva, Gülnarə Haqverdiyeva, Ləman Abdullayeva çıxış edərək bayram münasibəti ilə kollektivi təbrik ediblər.

Xəbərlər

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”
03/09/2026

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
03/09/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026