BDU-nun nəzdində Fizika Problemləri ETİ-nin növbəti elmi seminarı keçirilib

24/06/2021

Bakı Dövlət Universitetinin nəzdində Fizika Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.  Seminarda Kondensə olunmuş hal fizikası şöbəsinin böyük elmi işçisi Ləman Abdullayeva “Metal-yarımkeçirici kontaktında  ayrılma sərhəddinin xassələri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi elektronikanın inkişafının yeni fiziki və texnoloji ideyalar əsasında mümkün olduğunu qeyd edib. Metal-yarımkeçirici kontaktının fizikası istiqamətində aparılan elmi araşdırmalar və təcrübi nəticələr bu sahəyə müxtəlif yanaşmaların yaradılmasına səbəb olub. Metalların nazik təbəqələri inteqral sxemlərin hazırlanmasında bir çox funksiyalar yerinə yetirdiyinə görə onun mikrostrukturunun bu funksiyalara təsirinin öyrənilməsi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir. Məruzədə metal-yarımkeçirici kontaktların  ayrılma (toxunma) sərhəddində baş verən fiziki-kimyəvi proseslərdə metalın daha aktiv tərəfdaş olması göstərilib və polikristal metal təbəqəli qeyri-bircins metal-yarımkeçirici kontaktın elektrofiziki xassələrini əks etdirən nəticələr təqdim olunub.

Daha sonra məruzəçi verilən sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026