BDU-nun nəzdində Fizika Problemləri ETİ-nin növbəti seminarı keçirilib

23/12/2021

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda Kondensə olunmuş hal fizikası şöbəsinin müdiri, Fərhad Rüstəmov Məsaməli silisiumda fotolyuminessensiyanın süalanma və həyəcanlaşma spektrlərindən Si nanokristallarının ölçülərə və qadağan olunmuş zonanın eninə görə paylanmasının təyini” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi məsaməli silisiumda fotolyuminessensiyanın şüalanma və həyəcanlanma spektrləri tədqiq edilməsindən və qadağan olunmuş zonanın orta eni, nanohissəciklərin orta ölçüsü hesablanmasından danışıb. Fotolyuminessensiyanın təcrübi alınmış həyəcanlanma və şüalanma spektrinin fotolyuminessensiyanın fenomenologi nəzəriyyəsi əsasında təhlil metodikası təklif edilib. Kimyəvi aşılama metodu ilə alınmış məsaməli silisium nümunələrində nanohissəciklərin həm ölçülərə görə, həm də qadağan olunmuş zonanın eninə görə paylanması tədqiq edilib. Müəyyən edilib ki, tədqiq olunmuş nümunələr Si nanohissəciklərinin ölçüləri 1.5÷2.8 nm, qadağan olunmuş zonanın eni isə 2÷3.2 eV aralığında olan nanohissəciklər toplusundan ibarətdir.

Daha sonra Fərhad Rüstəmov verilən sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026