BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü

15/09/2026

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyində 15 sentyabr – Bilik Günü qeyd olunub.

Əvvəlcə şagirdlərin ifasında Dövlət himni səslənidirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU rektoru Elçin Babayev liseyin şagirdlərini, müəllim kollektivini və valideynləri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. Rektor bildirib ki, “Gənc istedadlar” liseyi artıq 20 ilə yaxındır ölkəmizin elm və təhsil həyatına dəyərli töhfələr verir. Liseyin şagirdləri hər il müxtəlif beynəlxalq və yerli olimpiada və müsabiqələrdə uğurla çıxış edirlər. Rektor şagirdlərin həyat yolunun, gələcək uğurlarının əsasının liseydə formalaşdığını vurğulayıb, onların ölkəmiz üçün layiqli vətəndaşlar kimi yetişəcəyinə əminliyini bildirib.

Tədbirdə qeyd olunub ki, bu il liseyi bitirən məzunların hamısı dünyanın və ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar. Onlardan 16  nəfəri yüksək nəticə gostərərək 600-dən yuxarı bal toplayıb. Bu uğur liseyin təhsil keyfiyyətinin, müəllimlərin zəhmətinin və şagirdlərin fədakar əməyinin göstəricisidir.

Liseyin məzunu, Respublika Fənn Olimpiadalarının fizika üzrə gümüş və bürünc, Azərbaycan Astronomiya Olimpiadasında bürünc medalçısı Yusif İbrahimzadə, VII sinfə qəbul imtahanlarında ən yüksək bal toplayan Əbdül Cəfərov və  Yunis İsmayılov yeni tədris ili münasibətilə arzu və istəklərini bildiriblər.

Sonda liseyin 2025-2026-cı tədris ilində Respublika Fənn Müsabiqəsində uğur qazanan şagirdləri Zəhra Yahyayeva, Aysu Səfərova, Əli Əmiraslanov, Şahmar Əsədov, Nərmin İsmayılova, Tuncay Şirinli və Murad Abdullaya təşəkkürnamələr təqdim olunub.

 

Xəbərlər

BDU-da yeni tədris ili başlayıb

BDU-da yeni tədris ili başlayıb
15/09/2026

BDU-da Bilik Günü qeyd olunub

BDU-da Bilik Günü qeyd olunub
15/09/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü
15/09/2026