BDU-nun nəzdində “Gənc istedadlar” liseyində biotibbi tədqiqatlarla bağlı təlim keçirilib

06/11/2026

Bakı Dövlət Universitetinin (BDU) Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi tərəfindən Universitetin nəzdində "Gənc istedadlar" liseyinin şagirdləri üçün “INITIA: Biotibbi tədqiqatlarda ilk addımlar” proqramı çərçivəsində “Molekulyar qonşuluq fenomeni: biotibb elminin gizli xəritələri” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi orta məktəb şagirdlərini müasir biotibbi tədqiqatların əsas istiqamətləri, Mərkəzin elmi fəaliyyəti və tətbiq etdiyi texnologiyalarla tanış etmək, gənc tədqiqatçıların elmi layihələrini təqdim etməklə onlarda elmə və tədqiqat fəaliyyətinə maraq yaratmaq olub.

Təlimçilər – Böyük Britaniyanın London İmperial Kollecinin tələbəsi Fidan Məhərrəmova, BDU-nun “Biotexnologiya” ixtisası üzrə IV kurs tələbəsi Mədinə Nağıyeva, II kurs tələbəsi Günel Əliyeva öz elmi fəaliyyətləri və həyata keçirdikləri layihələr haqqında təqdimatlarla çıxış ediblər. Təqdimatlarda xərçəng mikromühitində hüceyrələrarası qarşılıqlı əlaqələr, molekulyar qonşuluq fenomeni, mutasiyaların proqnozlaşdırılması və “Mikropiya” layihəsi kimi aktual elmi mövzular işıqlandırılıb. Gənc tədqiqatçılar öz elmi ideyalarını, tədqiqat yanaşmalarını və əldə etdikləri təcrübələri məktəblilərlə bölüşüblər.

Görüşdə şagirdlərin sualları cavablandırılıb, biotibb elminin gündəlik həyatla, xəstəliklərin öyrənilməsi və gələcəyin tibbi texnologiyaları ilə əlaqəsi izah edilib.  “İNİTİA” proqramının əsas məqsədi elmi məktəb yaşlarından əlçatan etmək, gənc tədqiqatçıları məktəblilərə nümunə göstərmək və gələcəyin alimlərinin yetişməsinə töhfə verməkdir.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026