BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kimya gecəsi”

28/04/2023

Bakı Dövlət Universitetinin  (BDU) Kimya fakultəsinin Kimyanın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kimya gecəsi” keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Arif Bağırov milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini vurğulayıb, belə tədbirlərin gənc nəslin təlim-tərbiyəsində böyük rolu olduğunu deyib.

Kimya fakultəsinin dekan müavini Taleh Qəhrəmanov isə çıxışında bildirib ki, Azərbaycanın son yarım əsrlik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Yüksək erudisiyaya, dərin zəkaya, müdrik uzaqgörənliyə və zəngin təcrübəyə malik olan Heydər Əliyev dühası bütövlükdə Azərbaycan iqtisadiyyatının, o cümlədən, kimya sənayesinin inkişafında olduqca böyük rol oynayıb.

Kimyanın tədrisi metodikası kafedrasının müdiri Xəlil Nağıyev kimya elminin incəlikləri, əhəmiyyəti barədə şagirdləri məlumatlandırıb.

Kimya kafedrasının metodisti  Arzu Paşayeva və Cəmilə Əşrəfovanın təşkilatçılığı ilə universitet tələbələri və lisey şagirdlərinin birgə hazırladığı səhnəciklər və kimyəvi reaksiyalar izləyicilər tərəfindən maraqla qarşılanıb. Sonra liseyin musiqi müəllimi Kəmalə Əliyevanın rəhbərliyi ilə şagirdlərin ifasında kimya haqqında kompozisiya təqdim olunub.

 

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026