BDU-nun nəzdində “Gənc istedadlar” liseyində "İmtahan stresinin aradan qaldırılması" adlı təlim

15/05/2024

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində "İmtahan stresinin aradan qaldırılması" adlı təlim keçirilib.

Təlim zamanı BDU-nun Psixoloji yardım sektorunun psixoloqu Natəvan Həsənzadə və "Gənc istedadlar” liseyinin psixoloqu Əsmər Mehdiyeva şagirdləri stresin həyatımıza təsiri və onu aradan qaldırmaq yolları barədə məlumatlandırıblar. Şagirdlərə stresin əlamətləri, bu zaman davranış qaydaları izah olunub. Stresi, tənəffüs və əzələ gərginliyini aradan qaldırmaq üçün praktik çalışmalar edilib.

Təlimin sonunda “Stres menecment” adlı videoçarx nümayiş olunub, şagirdlərin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026