BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

14/06/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyində "Son zəng" tədbiri keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev məzunları, onların valideynlərini, müəllimləri təbrik edib. Rektor bildirib ki, “Gənc istedadlar” liseyinin əsas vəzifəsi Azərbaycanın ali məktəbləri, o cümlədən BDU üçün istedadlı gənclər yetişdirməkdən ibarətdir. Elçin Babayev məzunlara uğurlar arzulayıb: “Qüdrətli Azərbaycanın gələcəyi sizin çiyinlərinizdədir. Bu isə böyük məsuliyyətdir. Həmişə ölkəmizin, Bakı Dövlət Universitetinin  və "Gənc istedadlar" liseyinin adını yüksəklərə qaldırın”.

Daha sonra rektor Elçin Babayev məzunlardan 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasının gümüş mükafatçısı Nəriman Şirinliyə və Avropa Fizika Olimpiadasının bürünc medalçısı Rəfsan Həbibullayevə hədiyyələr təqdim edib.

Liseyin direktoru Arif Bağırov da məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Direktor bildirib ki, bu il liseyi 65 məzun bitirir. Onlardan 41 nəfəri Azərbaycan, 24 nəfəri rus bölməsinin məzunudur. Bu il "Sabahın alimləri" müsabiqəsində şagirdlərdən 3-ü qızıl, 5-i gümüş, 3-ü bürünc medal qazanaraq ölkə birincisi olublar. I yeri tutan 3 layihə 4 şagirdlə ölkəmizi ABŞ-da keçirilən ISEF beynəlxalq müsabiqəsində təmsil edib. Liseyin şagirdləri Beynəlxalq Mendeleyev Olimpiadasında, Avropa Fizika Olimpiadasında, Respublika fənn olimpiadalarında önəmli yerlər tutublar.

Liseyin Riyaziyyat müəllimi Haqverdi Tapdıqov, əvvəlki illərin məzunu Güllü Qəhrəmanova , valideyn Sübhan Namazov, məzunların sinif rəhbərləri Günay Məmmədova, Reyhan Ramazanova, Yeganə Qəhrəmanova, Sənay Hüseynli və Günay Səmədova da çıxışlarında məzunları təbrik edib, onlara tezliklə tələbə adı qazanmağı arzulayıblar.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024