BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

14/06/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyində "Son zəng" tədbiri keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov məzunları və onların valideynlərini təbrik edib. Liseyin fəaliyyətindən söz açan prorektor bu illər ərzində  qazanılan nailiyyətlərdən danışıb, lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, müxtəlif bilik və idman yarışlarında qazandıqları uğurlara  toxunub.

Liseyin direktoru Arif Bağırov da məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Direktor bildirib ki, bu il liseyi 65 məzun bitirir. Onlardan 9-u medala, 9-u isə fərqlənmə attestatına namizəddir. Həmçinin bu il "Sabahın alimləri" müsabiqəsində liseyin iki layihəsi I, bir layihəsi II, iki layihəsi III yerə layiq görülüb və bu nəticə ölkə üzrə birincidir. I yeri tutan iki layihə 4 şagirdlə ölkəmizi ABŞ-da keçirilən ISEF beynəlxalq müsabiqəsində təmsil edib. Liseyin şagirdləri Beynəlxalq “Kenquru” Riyaziyyat, Türkiyədə təşkil edilmiş Beynəlxalq Riyaziyyat, Lütfi-Zadə adına məntiq və Respublika fənn olimpiadalarında önəmli yerlər tutublar.

Liseyin məzunlarının sinif rəhbərləri Kifayət Şamilova, Samirə Babayeva, Mehparə İbadova, Yeganə Qarayeva və Məmməd Cabbarov çıxışlarında məzunları təbrik edib, onlara tezliklə tələbə adı qazanmağı və ölkəmizin adını daim ucaltmağı arzulayıblar.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.

Xəbərlər

BDU rektoru Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin Astanada filialının açılış mərasimində iştirak edib

BDU rektoru Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin Astanada filialının açılış mərasimində iştirak edib
02/11/2025

BDU-da Məzunlar Şəbəkəsi yaradılır

BDU-da Məzunlar Şəbəkəsi yaradılır
01/11/2025

BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik bilik məkanı Forumunda çıxış edib

BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Forumunda çıxış edib
01/11/2025