BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

14/06/2025

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Son zəng” tədbiri keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev məzunları, müəllim və  valideynləri təbrik edib. Rektor bildirib ki, “Gənc istedadlar” liseyi özünün tədris göstəriciləri ilə artıq brendə çevrilib. Təsadüfi deyil ki, "Gənc istedadlar" liseyi bu il Respublika Fənn Olimpiadaları üzrə qalib sayı baxımından ölkənin ən yaxşı təhsil müəssisələri sırasında ilk onluqda yer alır. O, liseyin məzunlarının yüksək nəticələr göstərərək ölkəmizin adını daim yüksəldəcəklərinə əminliyini bildirib: “Məzunlarımız həmişə fəxr edəcəklər ki, məhz BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin yetirməsidirlər. Bu, onların sonrakı həyatında əhəmiyyətli rol oynayacaq”.

Bu il təhsil müəssisəsini 61 məzun bitirir. Onlardan 8-i xüsusi nümunəli nişana, 19-u fərqlənmə attestatına namizəddir. Ümumi orta təhsil səviyyəsini isə 66 nəfər bitirir. Onlardan 46 nəfəri fərqlənmə attestatı almağa namizəddir. Liseyin 3 şagirdi IX sinfin buraxılış imtahanlarında maksimal 300 bal toplayıb. Bu il liseyin şagirdləri Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək, bir qızıl və bir gümüş olmaqla 7 medal qazanıblar. “Sabahın alimləri” XIV Respublika müsabiqəsində lisey şagirdlərinin bir layihəsi I, iki layihəsi II, bir layihəsi isə III yerə layiq görülüb.

Liseyin şagirdləri Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadası, Beynəlxalq Kopernik Olimpiadası, Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiadası, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, V Astronomiya Olimpiadası, digər beynəlxalq və yerli olimpiadalarda önəmli yerlər qazanıblar.

Tədbirdə tədrisdə fərqlənən, olimpiadalarda yer tutan şagirdlərə, liseyin qabaqcıl müəllimlərinə təşəkkürnamələr təqdim olunub.

Sinif rəhbərləri Zülfiyyə Muradova, Elvira Ömərova, Rəna Qasımova çıxışlarında məzunlara tezliklə tələbə adı qazanmağı və uğurları ilə ölkəmizin adını hər zaman ucaltmağı arzu ediblər.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.

Xəbərlər

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir
19/08/2025

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş
19/08/2025

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır
18/08/2025