BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Unudulmayan acı-Xocalı” adlı tədbir

23/02/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Unudulmayan acı-Xocalı” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Liseyin direktoru Arif Bağırov ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti barədə şagirdlərə məlumat verib, Xocalı faciəsinin bu siyasətin ən dəhşətli səhifəsi olduğunu vurğulayıb. Liseyin müəllimləri Gülşən Əliyeva, Şamama Quliyeva, şəhid qızı Salatın Əhmədova Xocalı faciəsinin dəhşətlərinə dair faktları nəzərə çatdırıb, soyqırımın dünya dövlətləri tərəfindən tanınması istiqamətində görülən işlər haqqında danışıblar. Musiqi müəllimi Kamalə Əliyevanın təqdimatında şagirdlər Xocalı faciəsinə dair mahnı və şeirlər ifa ediblər.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026