BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Xalqa bağışlanan ömür” adlı ədəbiyyat gecəsi

11/05/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  “Xalqa bağışlanan ömür” adlı ədəbiyyat gecəsi keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Liseyin direktoru Arif Bağırov çıxış edərək Ümummilli Liderin dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında misilsiz xidmətlərindən bəhs edib, dahi öndərin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdiyini vurğulayıb. Bildirib ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər təhsil və elm sahəsinin daim hamisi olub, Azərbaycan gənclərinin bilikli, dünyagörüşlü və vətənpərvər olmasına çalışıb.

Liseyin Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi, polkovnik-leytenant Nihat Abdullayev Ulu Öndərin azərbaycançılıq ideologiyası, gənclərin vətənpərvərlik ruhunda formalaşması istiqamətində gördüyü işlərdən danışıb.

Liseyin xoru “Sən elə bir zirvəsən” mahnısını ifa edib. Sonra şagirdlərin ifasında şeir kompozisiyaları nümayiş olunub.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026