BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 10 şagirdi Məktəblilərarası Fənn Müsabiqələrinin qalibidir

20/06/2025

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri mayın 31-də keçirilmiş Məktəblilərarası Fənn Müsabiqələrinin finalında böyük uğura imza atıblar.

Belə ki, liseyin şagirdləri Nuran Əsgərli müsabiqədə Riyaziyyat fənni üzrə I,  Ruqiyyə Sadıqlı, Tamerlan Heydərov, Akif Qurbanov, Mehman Qulizadə II, Həsən Süleymanov, Ağasəlim Musayev III yerə layiq görülüblər.

Təbiət fənni üzrə isə Zəhra Səlimzadə I, Əli Xudiyev və Tuncay Şirinli III yeri qazanıblar.

Qeyd edək ki, sözügedən müsabiqə VI-VII sinif şagirdləri arasında təşkil olunub. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə fənlərə olan marağın artırılması, istedadlı şagirdlərin erkən yaşlarda aşkar olunması, onların elmi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə uğurlu təhsil və karyera planlamalarına dəstək göstərilməsidir.

Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!

 

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026