BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalında

11/03/2026

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 23 şagirdi Respublika Fənn Olimpiadalarının final turuna vəsiqə qazanıb.

Liseyin VIII sinif şagirdləri — Ağasəlim Musayev, Kamal Abdullayev (Riyaziyyat), Nicat Qasımzadə (Coğrafiya), IX sinif şagirdləri — Xuraman Gülmalızadə (Azərbaycan dili), Ayxan Məmmədli (Fizika), Fidan Həşimova (Kimya), Alikamal Həsən, Yusif Fətullayev, Sulduz Hacıyev, Nemət Tomayev, Zahir Səfərov, Sabir Hüseynov, Seyid Dadaşov (Riyaziyyat), Məhəmməd Abdulla (Coğrafiya), X sinif şagirdləri — Səmayə Ziyadova (Azərbaycan dili), Turqut Hüseynli, Mirsadiq Kərimli (Riyaziyyat), Mirarif Heydarov (Tarix), Zeynəb İsmayılova (Biologiya) və XI sinif şagirdləri — Yusif İbrahimzadə (Fizika), Elman Kərimli, Cabir Abbasov (Kimya), Sadiq Şirəlizadə (Riyaziyyat) Respublika Fənn Olimpiadalarının yarımfinal turunda qalib gəliblər.

Final turunun aprel ayının ikinci yarısında təşkil edilməsi planlaşdırılır.

Qeyd edək ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.

Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq!

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026