BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi Respublika Fənn Olimpiadalarının finalında

06/03/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi Respublika Fənn Olimpiadalarının final turuna vəsiqə qazanıblar.

Belə ki, liseyin XI sinif şagirdi Raul Mahmudov Tarix, IX sinif şagirdləri Nihad Həşimov Riyaziyyat, Nəzrin Cəlilova, Rəvan Əli Azərbaycan dili və ədəbiyyat, VIII sinif şagirdləri Cabir Abbasov, Elman Kərimli Kimya, Yusif İbrahimzadə Fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal turunda qalib gəliblər.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Şagirdlərimizi təbrik edir, final mərhələsində uğurlar arzulayırıq!

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026