BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru

19/06/2026

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Alikamal Həsən Rumıniyada keçirilən 30-cu Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) gümüş medala layiq görülüb.

Azərbaycan komandası yarışda uğurla çıxış edərək, ölkəmizə 3 gümüş və 3 bürünc medal qazandırıb.

Qeyd edək ki, Alikamal Həsən 35 ölkənin iştirak etdiyi Avropa Riyaziyyat Kubokunda da gümüş medala layiq görülüb.

JBMO regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir.

Şagirdimizi təbrik edir, yeni uğurlar arzulayırıq!


Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026